Qazaxda 2 Fevral - Gənclər Gününün 25 illiyinə həsr olunmuş “Gələcək gənclərindir!” başlığı altında “Breyn-rinq” intellektual yarışı keçirilib
Yanvarın 27-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə 2 Fevral - Gənclər Gününün 25 illiyinə həsr olunmuş "Gələcək gənclərindir” başlığı altında "Breyn-rinq” intellektual yarışı keçirilib.
"Gənclər həftəsi" çərçivəsində keçirilən yarış Qazax Rayon Gənclər və İdman İdarəsi, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə reallaşıb.
Yarış iştirakçıları əvvəlcə Qazax şəhərinin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət edib, abidə önünə qərənfillər düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Qazax Gənclər evində davam edən yarışda Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə 50 nəfər gəncin iştirak etdiyi yarışda "Avengers komandası I yeri, "Sarkazm” komandası II yeri, "Xarıbülbül” komandası isə III yeri tutub.
Qalib gələn komanda kubokla, I,II,III yerləri tutmuş komanda üzvləri isə müvafiq diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş