• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeniyetmə və gənclər arasında “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib


Noyabrın 26-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında "Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq "Qazax Gənclər Evi”ndə təşkil olunmuş yarışda ümumilikdə 12 komandadan 60 nəfər iştirak edib.

Yarışda "Dərviş” komandası I, "Qafqaz” komandası II, "Hermes” komandası isə III yerləri tutub.

Qalib komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplomla təltif olunublar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş