"Xarici dillərdə danışıq" klubunun növbəti tədbiri keçirilib
Mayın 24-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdləri arasında "Sağlam həyat tərzi" başlığı altında "Xarici dillərdə danışıq" klubunun növbəti tədbiri keçirilib.
Tədbiri Qazax Gənclər Evinin dərnək rəhbəri Mehriban Carçıyeva açaraq iştirakçıları salamlayıb, sağlam həyat tərzi mövzusunda ətraflı çıxış edib.
Daha sonra 9-cu siniflərin fəal şagirdləri Gülçin Əhmədova, Ləman Qəhrəmanova, Nərmin Yusifova, Nərmin Qəhrəmanova, Nərmin İsgəndərova sağlam həyat tərzi, sağlam qidalanma, təmiz hava, idman və vacib amillərdən fransız dilində danışıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş