"Xilaskar ömrü" sənədli filmi nümayiş etdirilib
Mayin 6-da "Qazax
Gənclər Evi" sosial xidmət müəssisəsində Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin həyatından və siyasi fəaliyyətindən
bəhs edən "Xilaskar ömrü" sənədli filmi nümayiş etdirilib. Filmdə Heydər
Əliyevin öz xalqı və dövləti qarşısında misilsiz xidmətləri, millətimizin və
dövlətimizin əbədi yaşarlığı üçün əvəzsiz bir siyasi xətt qoyduğu nümayiş
etdirilmişdir. Müstəqil Azərbaycan
yaşadıqca, Ulu Öndər Heydər Əliyev daim xalqımız tərəfindən anılacaq və əbədi
olaraq yaddaşlarda qalacaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş