Qazaxlı gənclər Qazax, Ağstafa, Tovuz və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərinə ekskursiya ediblər
Mayın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Bakı
Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatı və Qazax Dövlət
Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar
Qazax, Ağstafa, Tovuz və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərinə ekskursiya təşkil
olunub. Ekskursiyaya Qazax Rayon Heydər Mərkəzini və Ulu Öndərin
abidəsini ziyarətlə start verilib. Gənclər Ümummilli Liderin abidəsi önünə gül
dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə
Hüseynova tərəfindən gənclərə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı
məlumat verilib. Daha sonra gənclər Ağstafa, Tovuz və Şəmkir Rayon
Heydər Əliyev Mərkəzlərində olub, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək
dahi rəhbərə öz ehtiramlarını bildiriblər. Gənclərə bələdçilər tərəfindən Ümummilli Liderin həyatı,
fəaliyyəti haqqında məlumat verilib, onları maraqlandıran sualları cavablandırıblar. Ekskursiyada ümumilikdə 20 nəfər iştirak edib.
GOYEZEN.AZ
Facebook-da paylaş