Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Qazax, Ağstafa, Tovuz və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərinə ekskursiya ediblər

Qazaxlı gənclər Qazax, Ağstafa, Tovuz və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərinə ekskursiya ediblər


5-05-2022, 22:14


Mayın 5-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Qazax, Ağstafa, Tovuz və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərinə ekskursiya təşkil olunub.

Ekskursiyaya Qazax Rayon Heydər Mərkəzini və Ulu Öndərin abidəsini ziyarətlə start verilib. Gənclər Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tərəfindən gənclərə dahi şəxsiyyətin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Daha sonra gənclər Ağstafa, Tovuz və Şəmkir Rayon Heydər Əliyev Mərkəzlərində olub, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

Gənclərə bələdçilər tərəfindən Ümummilli Liderin həyatı, fəaliyyəti haqqında məlumat verilib, onları maraqlandıran sualları cavablandırıblar.

Ekskursiyada ümumilikdə 20 nəfər iştirak edib.
















 

GOYEZEN.AZ


Geri qayıt