Qazax Dövlət Sosial-İqtisadi Kollecində gənclərlə görüş keçirilib
Aprelin 25-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Qazax Dövlət Sosial-İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Qazax Dövlət Sosial-İqtisadi Kolleci Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva açaraq gəncləri salamlayıb, son illər gənclərin həyat tərzinə çevrilmiş, insanları vahid niyyət ətrafında birləşdirən cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı olan könüllülər hərakatının inkişafından danışıb.
"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək gəncləri salamlayıb, Qazax Gənclər Evinin ümumi fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat verib. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gənclərin potensialından ölkəmizin inkişafını təmin etmək üçün səmərəli istifadə qaydalarından danışıb.
Sonda Qazax Dövlət Sosial-İqtisadi Kollecin fəal tələbələri Məhi Həsənov, Bahar Mustafalı, Nəzrin Rəhimova, Xuraman Muradova, Ayşə Qasımova, İlahə Orucova, Elcan Ələsgərov çıxış edərək onlara yaradılan yüksək şəraitdən söz açıblar, Qazax Gənclər Evində fəaliyyət göstərən kurslardan, dərnəklərdən, gənclərin maraq dairələrinə uyğun olaraq təşkil olunmuş klublardan yararlandıqlarını qeyd ediblər və gələcək inkişafları üçün bir sıra təkliflər irəli sürüblər.
GOYEZEN.AZ
Facebook-da paylaş