"Kitab klubu"nun növbəti görüşü keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti
görüşü keçirilib. Budəfəki görüşdə Bakı
Dövlət Universitetinin Qazax filialının tələbəsi Lətifə Məmmədzadə Azərbaycan
ədəbiyyatı tarixində özünəməxsus mövqeyi ilə seçilən, qüdrətli ədəbi simalardan
olan Molla Pənah Vaqif haqqında "Vaqif elində Vaqifdən danışaq" adlı
araşdırmasını təqdim edib. Təqdimat
zamanı L.Məmmədzadə görkəmli ədibin həyat və yaradıcılığı haqqında klub
üzvlərinə geniş məlumat verib. Daha sonra gənclər şairin
yaradıcılığı barədə müzakirələr aparıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş