Gənclər bu dəfə Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən dünyam" əsərini müzakirə ediblər
Aprelin
18-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində fəaliyyət göstərən
"Müzakirə" klubunda Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən
dünyam" əsərinin müzakirəsi keçirilib. Əsərdə
əsas diqqəti Alqazaxlılar nəslindən Güllü arvad, Çıraqlılar nəslindən Ömər koxa
çəkir. Müəllif bu obrazlar vasitəsilə həm xalqın milli adət-ənənələrini, mənəvi
dəyərlərini, həm də ata anaya, el ağsaqqallarına qoyulan hörməti göstərmişdir.
Bundan başqa əsərdə sovet hökumətinin əlaltıları, "sapı özümüzdən olan
baltalar" və bunlara qarşı qoyulmuş
xalqın mərd, igid oğullarının surətləri əsərdə olduqca təbii şəkildə verilmiş,
dövrün həqiqətləri oxuculara bədii şəkildə çatdırılmışdır.
GOYEZEN.AZ
Facebook-da paylaş