Əsas Səhifə > Gənclər > Gənclər bu dəfə Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən dünyam" əsərini müzakirə ediblər

Gənclər bu dəfə Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən dünyam" əsərini müzakirə ediblər


18-04-2022, 18:28


Aprelin 18-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsində fəaliyyət göstərən "Müzakirə" klubunda Xalq yazıçısı İsmayıl Şıxlının "Ölən dünyam" əsərinin müzakirəsi keçirilib.

Əsərdə əsas diqqəti Alqazaxlılar nəslindən Güllü arvad, Çıraqlılar nəslindən Ömər koxa çəkir. Müəllif bu obrazlar vasitəsilə həm xalqın milli adət-ənənələrini, mənəvi dəyərlərini, həm də ata anaya, el ağsaqqallarına qoyulan hörməti göstərmişdir. Bundan başqa əsərdə sovet hökumətinin əlaltıları, "sapı özümüzdən olan baltalar" və bunlara qarşı  qoyulmuş xalqın mərd, igid oğullarının surətləri əsərdə olduqca təbii şəkildə verilmiş, dövrün həqiqətləri oxuculara bədii şəkildə çatdırılmışdır.



GOYEZEN.AZ


Geri qayıt