"Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş reallaşıb
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sağlam gənclik,
sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş Qazax Müalicə
Diaqnostika Mərkəzində reallaşıb. 17 Aprel
- Ümumdünya Hemofiliya Günü ilə əlaqədar təşkil olunan tədbirdə Qazax Rayon
Mərkəzi Xəstəxanasının Transfuziologiya kabinetinin müdiri, həkim-hemotoloq
Esmira Məmmədova və Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-terapevti Elxan
Bayramov çıxış edərək xəstəliyin tarixi, diaqnostikası, əlamətləri, həmçinin
ölkəmizdə hemofiliya xəstəliyi ilə mübarizə sahəsində görülən işlərdən
danışıblar. O da qeyd olunub ki, bu xəstəlikdən əziyyət çəkən insanlara dövlət
tərəfindən qayğı göstərilir və zəruri müalicə tədbirləri həyata
keçirilir. Diskussiya
şəraitində keçən görüşdə gənclərin sualları cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş