"Sağlam OL" layihəsi çərçivəsində növbəti onlayn görüş olub
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin təşkilatçılığı ilə "Sağlam OL" layihəsi davam
edir. Layihə çərçivəsində Səhiyyə Nazirliyinin
əməkdaşı Günay Quluzadə ilə "COVID-19 pandemiyası ilə mübarizə zamanı
həyata keçirilən tədbirlərdə gənclərin rolu" mövzusunda görüş təşkil
olunub. Görüşdə koronavirusa yoluxmanın əlamətləri,
bu xəstəlikdən qorunma üsulları, vaksinasiyanın əhəmiyyəti və pandemiya ilə mübarizədə
gənclərin rolu barədə söz açılıb. Diskussiya şəraitində
keçən tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş