Əsas Səhifə > Gənclər > "Sağlam OL" layihəsi çərçivəsində növbəti onlayn görüş olub

"Sağlam OL" layihəsi çərçivəsində növbəti onlayn görüş olub


30-11-2021, 22:49


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Sağlam OL" layihəsi davam edir. 

Layihə çərçivəsində Səhiyyə Nazirliyinin əməkdaşı Günay Quluzadə ilə "COVID-19 pandemiyası ilə mübarizə zamanı həyata keçirilən tədbirlərdə gənclərin rolu" mövzusunda görüş təşkil olunub.

Görüşdə koronavirusa yoluxmanın əlamətləri, bu xəstəlikdən qorunma üsulları, vaksinasiyanın əhəmiyyəti və pandemiya ilə mübarizədə gənclərin rolu barədə söz açılıb. Diskussiya şəraitində keçən tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb.






 

GOYEZEN.AZ


Geri qayıt