• Təqvim

  • Maraq



"Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində 4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində 4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

Görüşün qonağı Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkim-onkoloqu Güldanə Xəlfəquliyeva olub. Tədbirdə qeyd olunub ki, Ümumdünya Xərçənglə Mübarizə Gününün təsis olunmasında məqsəd diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

G.Xəlfəquliyeva görüşdə xərçəng, onun yaranmasının əsas səbəbləri, nəzəriyyələr, müalicə metodları və s. haqqında ətraflı məlumat verib, gənclərin suallarını cavablandırıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş