Əsas Səhifə > Gənclər > "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş reallaşıb

"Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş reallaşıb


15-04-2022, 17:14


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş Qazax Müalicə Diaqnostika Mərkəzində reallaşıb. 

17 Aprel - Ümumdünya Hemofiliya Günü ilə əlaqədar təşkil olunan tədbirdə Qazax Rayon Mərkəzi Xəstəxanasının Transfuziologiya kabinetinin müdiri, həkim-hemotoloq Esmira Məmmədova və Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-terapevti Elxan Bayramov çıxış edərək xəstəliyin tarixi, diaqnostikası, əlamətləri, həmçinin ölkəmizdə hemofiliya xəstəliyi ilə mübarizə sahəsində görülən işlərdən danışıblar. O da qeyd olunub ki, bu xəstəlikdən əziyyət çəkən insanlara dövlət tərəfindən qayğı göstərilir və zəruri müalicə tədbirləri həyata keçirilir. 

Diskussiya şəraitində keçən görüşdə gənclərin sualları cavablandırılıb.


 

GOYEZEN.AZ


Geri qayıt