"Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş keçirilib
"Sağlam gənclik, sağlam gələcək" layihəsi çərçivəsində növbəti görüş Qazax Müalicə Diaqnostika Mərkəzində reallaşıb.
7 Aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə təşkil olunan tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov qurumun fəaliyyəti, koronavirus pandemiyası ilə mübarizə istiqamətində görülmüş işlər, keçirilən aksiyalar barədə söz açıb.
Daha sonra Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-terapevti Elxan Bayramov günün tarixi, sağlam həyat tərzinin formalaşdırılması, pandemiya ilə mübarizədə atılan addımlar barədə ətraflı məlumat verib.
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Günel Bəxtiyarlı icbari tibbi sığorta sistemi barədə gəncləri məlumatlandırıb. Görüşdə həmçinin gələcəkdə tibbi maarifləndirmə işində əməkdaşlıq məsələləri müzakirə olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş