• Təqvim

  • Maraq



"Narkomaniya bəşəriyyət üçün təhlükəlidir" başlığı altında onlayn görüş keçirilib


Avqustun 4-də "Təmiz nəfəs, sağlam həyat!" layihəsi çərçivəsində növbəti görüş baş tutub. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın)  Gəncə Regional Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya bəşəriyyət üçün təhlükəlidir" başlığı altında onlayn görüş keçirilib.

Tədbiri Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov açaraq, narkomaniya və onun doğurduğu fəsadlar, ölkəmizdə narkomaniya və narkobizneslə mübarizə, bu sahədə mövcud olan hüquqi-normativ baza barədə ətraflı məlumat verib.

Daha sonra GİKM-in Qazax nümayəndəliyinin rəhbəri İsmayıl Süleymanov bu sahədə həyata keçirilən maarifləndirmə işləri, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb. 

Görüş iştirakçılarından Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva, kollecin tələbələri Xuraman Muradova və Ruhəngiz Yusifova, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Sədaqət Mustafayeva mövzu ətrafında fikirlərini bölüşüblər.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş