• Təqvim

  • Maraq



Növbəti təlim "Güc mənəm" mövzusunda reallaşıb


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə "Şəxsi inkişaf" təlimləri davam edir. 

Növbəti belə təlim kouç, motivator Kifayət Ələkbərovanın təqdimatında "Güc mənəm" mövzusunda reallaşıb.

Təlim özünəinam, məqsədin müəyyənləşdirilməsi, uğurlu olmağın yolları, empatiya və s. başlıqları əhatə edib. 

Diskussiya şəraitində keçən təlimdə gənclərin sualları cavablandırılıb. Təlimin əyləncəli olması üçün müxtəlif enercayzerlər oynanılıb.





GOYEZEN.AZ



Facebook-da paylaş