• Təqvim

  • Maraq



"Emosional dayanıqlılıq" mövzusunda növbəti təlim reallaşıb


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Şəxsi inkişaf" təlimləri davam edir. 

Növbəti təlim tanınmış türkiyəli təlimçi, NLP üzrə mütəxəssis, psixoloq,  professional kouç və yazar Barış Egenin təqdimatında "Emosional dayanıqlılıq" mövzusunda reallaşıb. 

Təlim aşağıdakı başlıqları əhatə edib:

 - Emosiyaları idarə etmək;

 - Emosional dayanıqlılıq anlayışı;

 - Şüuraltı terapiyalar; 

 - Neqativ və pozitiv düşüncələrin həyatımıza təsiri;

 - Hiss və inanclar həyatımıza necə təsir edir?;

 - Tanınmış şəxslərin uğur hekayələri.  

Diskussiya şəraitində 2 saatdan artıq davam edən təlimdə gənclərin suallar cavablandırılıb, təlimin daha da maraqlı olması üçün müxtəlif əyləncəli enercayzerlər oynanılıb.






 

GOYEZEN.AZ



Facebook-da paylaş