“Səndə könüllü ol” başlığı altında tələbələrlə görüş keçirilib
Martın 17-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Bakı Dövlət Universitetinin Qazax
filialında və Qazax Dövlət
Sosial-İqtisadi Kollecində "Səndə könüllü ol” başlığı altında
tələbələrlə görüş keçirilib. Görüşdə
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri
Elvira Əfəndiyeva çıxış edərək könüllülük fəaliyyətinin gənclərin fərdi
inkişafına təkan verdiyini, onlarda sosial məsuliyyət hissini artırdığını
vurğulayıblar. Könüllülük fəaliyyətinin insansevərliyin,
vətənsevərliyin, əməksevərliyin, mənəvi
dəyərlərin daşıyıcısı olduğunu qeyd ediblər. Hər iki görüşdə sonda tələbələri
maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş