“İntihar çıxış yolu deyil!” başlığı altında vebinar keçirilib
Yanvarın 11-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Rayon Təhsil Şöbəsinin, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin yaxından iştirakı ilə "İntihar çıxış yolu deyil!” başlığı altında vebinar keçirilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, stress, ümidsizlik, problemləri həll etmə bacarığının tükənməsi intihara gətirib çıxaran amillərdəndir. İntihar heç də vəziyyətdən çıxış yolu deyil. İnsan intihar edərkən öz həyatına son qoymaqla yanaşı, ailə üzvlərinin, yaxınlarının da həyatını məhv edir. Həmin insanlar şok yaşayır, psixoloji travma alır, həyatlarını əvvəlki kimi yaşaya bilmirlər. Ən böyük zərbəni isə intihar edən şəxs alır. İlk olaraq ona verilmiş olan həyatı məhv edir, bu həyatda yaşamaq şansını itirir.
Daha sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva və Qazax Rayon Təhsil Şöbəsinin psixoloqu Sənubər Əsgərova mövzu ətrafında geniş çıxış ediblər.
Ümumilikdə 67 nəfərin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş