• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib


İyunun 10-da Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş vebinar keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan V.Nəbiyev həmin siyasətin bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, həyata keçirilən dövlət siyasəti məhz ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.


Vebinar iştirakçılarından Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli,Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva və Kollecin müəllimi Esmira Şıxməmmədova mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər Milli Qurtuluş Gününü müasir Azərbaycan tarixinin dönüş nöqtəsi adlandırıblar. Bildiriblər ki, 1990-cı illərin əvvəllərində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi. Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında gördü. Dahi rəhbər Heydər Əliyev hakimiyyətə gələrək, Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı. Əsası Ümummilli Lider tərəfindən qoyulan Milli Qurtuluşumuzun 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə tamamlandığını dilə gətiriblər. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi Qələbənin kökündə illər öncə bütün dünyaya bəyan etdiyimiz möhkəm iradəmizin, cəsarətimizin, qətiyyətimizin dayandığını vurğulayıblar. Azərbaycan xalqına Milli Qurtuluşumuzu bəxş edən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi dərin ehtiramla yad ediblər.

 




 

GOYEZEN.AZ



Facebook-da paylaş