• Təqvim

  • Maraq



"Xocalı faciəsi - İnsan hüquqları müstəvisində" adlı görüş keçirilib


Fevralin 23-də Ombudsmanın Gəncə Regional Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "Xocalı faciəsi - İnsan hüquqları müstəvisində" adlı görüş keçirilib.

Tədbirdə ilk olaraq Vətən uğrunda canından keçən şəhidlərimizin və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov giriş nitqi ilə çıxış edərək Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib.

 

 

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxışında bu dəhşətli cinayət nəticəsində insan hüquq və azadlıqları sahəsində mövcud olan beynəlxalq sənədlərin tələblərinin kobud şəkildə pozulduğunu, törədilən cinayət əməllərinin beynəlxalq və dövlətdaxili hüquqa əsasən soyqırım olduğunu bildirib.

Millət vəkili Səməd Seyidovun köməkçisi Akif Əmirov, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxışlarında Xocalı faciəsinin misilsiz vəhşiliklə yaddaşlaraəbədi həkk olunduğunu qeyd edib, Vətən müharibəsində qazanılmış zəfərin əhəmiyyəti haqqında danışıblar. 44 günlük haqq savaşında əldə etdiyimiz tarixi Qələbə ilə şəhidlərimizin və soyqırımı qurbanlarının qisasının alındığını, qanlarının yerdə qalmadığını vurğulayıblar.

 


 

GOYEZEN.AZ



Facebook-da paylaş