21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh mədəniyyəti və insan hüquqları" başlığı altında onlayn görüş keçirilib
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi və
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə
təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi çərçivəsində
növbəti onlayn görüş olub. 21 sentyabr - Beynəlxalq
Sülh Gününə həsr olunan görüş "Sülh mədəniyyəti və insan hüquqları"
başlığı altında keçirilib. Tədbirdə çıxış edən
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl
Süleymanov əlamətdar günün tarixi, sülhün əhəmiyyəti və yaşadığımız coğrafiyada
sülh prosesinə davamlı olaraq yaradılan maneələr barədə danışıblar. Görüşdə qeyd olunub ki,
Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olmaq məqsədilə ötən ilin 27
sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks
hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını
azad etməklə regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunmasına
töhfə verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusunun 44 günlük savaşda qazandığı şanlı Qələbə eyni zamanda hərb tariximizə
haqqın, ədalətin bərpası kimi yazılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş