Əsas Səhifə > Gənclər > 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh mədəniyyəti və insan hüquqları" başlığı altında onlayn görüş keçirilib

21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş "Sülh mədəniyyəti və insan hüquqları" başlığı altında onlayn görüş keçirilib


21-09-2021, 16:38


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi çərçivəsində növbəti onlayn görüş olub.

21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan görüş "Sülh mədəniyyəti və insan hüquqları" başlığı altında keçirilib.

Tədbirdə çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov əlamətdar günün tarixi, sülhün əhəmiyyəti və yaşadığımız coğrafiyada sülh prosesinə davamlı olaraq yaradılan maneələr barədə danışıblar. 

Görüşdə qeyd olunub ki, Azərbaycan ərazi bütövlüyünün bərpasına nail olmaq məqsədilə ötən ilin 27 sentyabr – 10 noyabr tarixləri ərzində həyata keçirdiyi 44 günlük uğurlu əks hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarını azad etməklə regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunmasına töhfə verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük savaşda qazandığı şanlı Qələbə eyni zamanda hərb tariximizə haqqın, ədalətin bərpası kimi yazılıb.





 

GOYEZEN.AZ


Geri qayıt