"20 Yanvar faciəsi - İnsan hüquqları müstəvisində" adlı onlayn görüş keçirilib
Ombudsmanın Gəncə Regional
Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax
Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "20 Yanvar
faciəsi - İnsan hüquqları müstəvisində" adlı onlayn görüş keçirilib. Tədbirdə 20 Yanvar
faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə
siyasi-hüquqi qiymət verilməsindən bəhs edilib. Qeyd olunub ki, 1990-cı il
yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin həyata
keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və rayonlarda dinc əhaliyə
divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Görüşdə
törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğu, faciəyə Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş