Əsas Səhifə > Gənclər > "20 Yanvar faciəsi - İnsan hüquqları müstəvisində" adlı onlayn görüş keçirilib

"20 Yanvar faciəsi - İnsan hüquqları müstəvisində" adlı onlayn görüş keçirilib


20-01-2022, 14:35


Ombudsmanın Gəncə Regional Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "20 Yanvar faciəsi - İnsan hüquqları müstəvisində" adlı onlayn görüş keçirilib.

Tədbirdə 20 Yanvar faciəsinin mahiyyətindən, həmin dövrdə cərəyan edən proseslərdən, hadisəyə siyasi-hüquqi qiymət verilməsindən bəhs edilib. Qeyd olunub ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrinin həyata keçirdiyi hərbi təcavüz nəticəsində paytaxt Bakıda və rayonlarda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.

Görüşdə törədilmiş qırğının insanlıq əleyhinə cinayət olduğu, faciəyə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyi vurğulanıb.




 

GOYEZEN.AZ


Geri qayıt