“İnsan hüquqları və gender bərabərliyi” mövzusunda vebinar keçirilib
Fevralın 9-da Qazax Rayon Gənclər və İdman İdarəsi, Ombudsmanın Gəncə Regional Mərkəzi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "İnsan hüquqları və gender bərabərliyi” mövzusunda vebinar keçirilib.
Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, insan hüquqları və gender bərabərliyi müasir dünyanın bir çox ölkələrində, aktual məsələdir. Gender bərabərliyi olan cəmiyyət qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Azərbaycanda kişi və qadın hüquqları bərabərdir və bu ölkəmizin Konstitusiyasında da öz əksini tapmışdır.
Daha sonra Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Kənd-Qida-İş Həmkərlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov mövzu ətrafında geniş çıxış ediblər.
Tədbirin sonunda Səbuhi Abbasov gəncləri maraqlandıran sualları cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş