"Uşaq hüquqlarının konstitusion təminatı" başlığı altında vebinar keçirilib
Ombudsmanın Gəncə Regional
Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə
təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi çərçivəsində
"Uşaq hüquqlarının konstitusion təminatı" başlığı altında vebinar
keçirilib. Vebinarda çıxış edən
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, bu il
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ilə
bağlı ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı” elan edilib.Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və
qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və
onların daha effektiv müdafiəsinin təmin olunmasıdır. Daha sonra S.Abbasov uşaq
hüquqları ilə bağlı əsas müddəaları iştirakçıların diqqətinə çatdırıb.
GOYEZEN.AZ
Vebinarda
gənclərlə yanaşı Qazax şəhər Mehdi
Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin şagirdləri
də iştirak edib.
Facebook-da paylaş