Əsas Səhifə > Gənclər > "Uşaq hüquqlarının konstitusion təminatı" başlığı altında vebinar keçirilib
"Uşaq hüquqlarının konstitusion təminatı" başlığı altında vebinar keçirilib12-11-2021, 22:32 |
Ombudsmanın Gəncə Regional Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Hüququm və qaydalarım" layihəsi çərçivəsində "Uşaq hüquqlarının konstitusion təminatı" başlığı altında vebinar keçirilib. Vebinarda çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bildirib ki, bu il BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının 32-ci ildönümü ilə bağlı ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı” elan edilib.Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunmasıdır. Daha sonra S.Abbasov uşaq hüquqları ilə bağlı əsas müddəaları iştirakçıların diqqətinə çatdırıb. Vebinarda gənclərlə yanaşı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin şagirdləri də iştirak edib.
GOYEZEN.AZ Geri qayıt |