"Kitab klubu"nun üzvləri bu dəfə Cəlil Məmmədquluzadənin "Atlar dayandı" hekayəsini müzakirə ediblər
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib. Gənclər görüşdə görkəmli nasir, publisist, ictimai
xadim Cəlil Məmmədquluzadənin "Atlar dayandı" hekayəsini
müzakirə ediblər. Əsərdə həkim Qəbzibəyin başına gələn
hadisələrdən bəhs edilir. Bu hekayə bədii nəsrimizin ən gözəl nümunələrindən
biri sayılır. Hekayədə Azərbaycan məişətindən verilən lövhə və səhnələr hər
şeydən əvvəl öz həqiqiliyi, inandırıcılığı, təbiiliyi ilə əks olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş