Gənclər “Mədəniyyət klubu”nda bu dəfə görkəmli yazıçı Süleyman Sani Axundovun "Nurəddin" hekayəsini müzakirə ediblər
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Mədəniyyət klubu"nda növbəti kitab müzakirəsi keçirilib.
Gənclər görüşdə görkəmli yazıçı Süleyman Sani Axundovun "Qorxulu nağıllar" silsiləsində qələmə aldığı əsərlərdən biri "Nurəddin" hekayəsini müzakirə ediblər. Hekayədə müəllif yaxşılıqla yamanlığı, xeyirxahlıqla bədxahlığı üz-üzə qoyub. Əsərdə hadisələr dramatik tərzdə inkişaf edərək xeyirxahlığın qələbəsi ilə başa çatır.
Müzakirələrdə qeyd olunub ki, hekayənin əsas ideyası "Yaxşılığın əvəzini yaxşılıqla çıxmaq hər kişinin işidir. Yamanlığın əvəzini yaxşılıqla çıxmağı isə ancaq ər kişilər bacarırlar" atalar sözündə ehtiva olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş