Gənclər bu dəfə görkəmli yazıçı Ənvər Məmmədxanlının əsərlərinə müraciət ediblər
Gənclərin
İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab
klubu"nun növbəti onlayn görüşü keçirilib. Gənclər görüşdə görkəmli yazıçı
Ənvər Məmmədxanlının "Qızıl qönçələr" hekayəsini müzakirə
ediblər. Müəllif hekayədə dərin ümumiləşdirmə
apararaq Firuz babanın və onun nəvəsi Sürəyyanın timsalında cəmiyyətdəki
qeyri-bərabərliyi, haqsızlığın insanların həyatına gətirdiyi çətinlikləri
yığcam bədii lövhələrlə açıb göstərmişdir. Maraqlı söhbət əsasında keçən
görüşdə klub
üzvləri hekayə barədə fikirlərini söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş