"20 Yanvar - Tariximizin qəhrəmanlıq salnaməsi" adlı inşa-yazı müsabiqəsi keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Rayon Təhsil Şöbəsinin
təşkilatçılığı ilə məktəblilər arasında "20 Yanvar - Tariximizin
qəhrəmanlıq salnaməsi" adlı inşa-yazı müsabiqəsi keçirilib. Qazax şəhər Səməd Vurğun
adına 2 nömrəli tam orta məktəbdə reallaşan müsabiqədə rayonun müxtəlif
məktəblərindən 26 nəfər yuxarı sinif şagirdi iştirak edib. Müəllimlərdən ibarət
münsiflər heyətinin qiymətləndirilməsinə görə Qazax şəhər Namiq Vəliyev adına 5
nömrəli tam orta məktəbin şagirdi Aidə Qurbanova I, Araz Əmilov adına Daş
Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Məlahət Gülməmmədli II, Şəmistan
Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin şagirdi Günel Nəsibli
isə III yerə layiq görülüb. Qalib və mükafatçılara
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən Diplom
və hədiyyələr təqdim olunub. GOYEZEN.AZ
Facebook-da paylaş