Əsas Səhifə > Gənclər > "20 Yanvar - Tariximizin qəhrəmanlıq salnaməsi" adlı inşa-yazı müsabiqəsi keçirilib

"20 Yanvar - Tariximizin qəhrəmanlıq salnaməsi" adlı inşa-yazı müsabiqəsi keçirilib


19-01-2022, 14:34


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilər arasında "20 Yanvar - Tariximizin qəhrəmanlıq salnaməsi" adlı inşa-yazı müsabiqəsi keçirilib.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə reallaşan müsabiqədə rayonun müxtəlif məktəblərindən 26 nəfər yuxarı sinif şagirdi iştirak edib. 

Müəllimlərdən ibarət münsiflər heyətinin qiymətləndirilməsinə görə Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli  tam orta məktəbin şagirdi Aidə Qurbanova I, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Məlahət Gülməmmədli II, Şəmistan Şahvələdov adına  Xanlıqlar kənd tam orta məktəbin şagirdi Günel Nəsibli isə III yerə layiq görülüb.

Qalib və mükafatçılara Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən Diplom və hədiyyələr təqdim olunub.










GOYEZEN.AZ


Geri qayıt