"Art Mən" proqramının sonuncu görüşü keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Art
Mən" proqramının sonuncu görüşü keçirilib. Proqram çərçivəsində
mozaika sənəti ilə bağlı sonuncu ustad dərsi gənc rəssam Aysan Omarovanın
təqdimatında reallaşıb. Bu dəfə iştirakçılar ötən
ustad dərsində hazırladıqları mozaikaları tamamlayaraq təqdim ediblər. Sonda
proqramın təşkilində önəmli rol oynayan Aysan xanıma Mərkəzimiz adından
təşəkkürnamə təqdim olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş