Gənclər üçün təşkil olunmuş "Art Mən" proqramı davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Art Mən" proqramı
davam edir. Proqram çərçivəsində gənc rəssam Aysan Omarovanın təqdimatında növbəti
ustad dərsi reallaşıb. Budəfəki ustad dərsində bədii keramika haqqında
iştirakçılara ətraflı məlumat verilib. Mozaikanın rəngləri, formaları və
texnikası barədə biliklərə yiyələnən gənclər daha sonra bu sahədə
öyrəndiklərini praktiki olaraq tətbiq ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş