Gənclər üçün təşkil olunan "Art Mən" proqramı davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin təşkilatçılığı ilə "Art Mən" proqramı davam edir. Proqram çərçivəsində gənc rəssam Aysan Omarovanın
təqdimatında növbəti ustad dərsi reallaşıb. Ustad dərsi aşağıdakı başlıqları
əhatə edib: - rəssamlığın əsasları; - rənglər haqqında ümumi anlayış; - praktiki iş; - portret nümunəsi üzərində diskussiya. Sonda gənclərin mövzu ilə bağlı sualları
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş