• Təqvim

  • Unutma

  • Maraq



"Uğurlu karyera yolunda" layihəsi çərçivəsində növbəti təlim keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax, Qobustan, Qax, Siyəzən nümayəndəlikləri və ADA MMC-nin birgə təşkilatçılığı ilə "Uğurlu karyera yolunda" layihəsi çərçivəsində növbəti təlim keçirilib.

"İş müsahibələrində uğur qazanmaq üçün texnikalar" mövzusunda keçirilən onlayn təlim insan resursları üzrə mütəxəssis İlkin Mirzəzadənin təqdimatında reallaşıb.

Təlimdə gənclərə düzgün CV hazırlanması qaydası, gənclərin təcrübə qazanmaq üçün istifadə edə biləcəyi ödənişsiz kurslar, müsahibədə uğur qazanmaq üçün diqqət etməli olduqları məsələlər barədə söhbətlər aparılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.




 

GOYEZEN.AZ



Facebook-da paylaş