"Biz səninləyik!" layihəsi çərçivəsində ilk görüş keçirilib
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax
nümayəndəliyinin təşkilatçılığı ilə "Biz səninləyik!" layihəsi
çərçivəsində ilk görüş keçirilib.
Görüşün qonağı Qazax Rayon İcra Hakimiyyəti
başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının
Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova olub. Qonaq erkən nikahların mənfi fəsadları
mövzusunda geniş çıxış edib. Tədbirdə qadınlara qarşı törədilən cinsi
diskriminasiya, məişət zorakılığı, zorakılıq hallarının aşkarlanması və
qarşısının alınmasından söz açılıb. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş