Əsas Səhifə > Gənclər > "Biz səninləyik!" layihəsi çərçivəsində ilk görüş keçirilib

"Biz səninləyik!" layihəsi çərçivəsində ilk görüş keçirilib


14-12-2021, 22:08


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Biz səninləyik!" layihəsi çərçivəsində ilk görüş keçirilib.

 

Görüşün qonağı Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova olub. Qonaq erkən nikahların mənfi fəsadları mövzusunda geniş çıxış edib.

Tədbirdə qadınlara qarşı törədilən cinsi diskriminasiya, məişət zorakılığı, zorakılıq hallarının aşkarlanması və qarşısının alınmasından söz açılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.


 

GOYEZEN.AZ


Geri qayıt