Qazaxda “Ailədə valideyn və uşaq münasibətlərinin düzgün tənzimlənməsi” mövzusunda onlayn təlim keçirilib
Yanvarın 28-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ailədə valideyn və uşaq münasibətlərinin düzgün tənzimlənməsi” mövzusunda onlayn təlim keçirilib.
Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova giriş sözü ilə çıxış edərək təlim iştirakçılarını salamlayıb, təlimin məqsədi və əhəmiyyəti barədə gəncləri məlumatlandırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək valideyn-uşaq münasibətləri və onların düzgün qurulması, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu, valideyn məsuliyyəti, uşaq tərbiyəsində valideynin üzərinə düşən vəzifələr, valideyn-uşaq münasibətlərində yol verilən səhvlər, valideyn sevgisinin övladın gələcək həyatındakı təsiri və yeniyetmə psixologiyası barədə təlim iştirakçılarına geniş məlumat verib.
22 nəfər iştirak etdiyi təlimdə sonda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş