• Təqvim

  • Maraq



Qazaxda "İnklüziv həyat" layihəsi çərçivəsində fiziki məhdudiyyətli gənclər və qazilərlə görüş keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "İnklüziv həyat" layihəsi çərçivəsində fiziki məhdudiyyətli gənclər və qazilərlə görüş keçirilib.

3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş görüşdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının sədr müavini, kəşfiyyatçı zabit, baş leytenant, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək fiziki məhdudiyyətli şəxslərə göstərilən diqqət və qayğının dövlətimizin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu bildiriblər. 

Görüşdə qərara alınıb ki, bu qəbildən olan gənclərin sosiallaşması və cəmiyyətə inteqrasiyası üçün birgə fəaliyyətlər həyata keçirilisin.





GOYEZEN.AZ



Facebook-da paylaş