"Bizdən sonra siz" layihəsi davam edir
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Bizdən sonra siz" layihəsi
davam edir. Layihə çərçivəsində növbəti
görüşün qonağı Bakı Dövlət Universitetinin Qazax filialının ingilis dili
müəllimi Leyla İbrahimli olub. Gənc pedaqoq qazandığı uğur
və təcrübələri iştirakçılarla bölüşüb. O,
eyni zamanda qarşılaşdığı çətinliklər və həll yolları barədə danışıb. Görüşdə
həmçinin gənclərin sualları cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş