• Təqvim

  • Maraq



Qazaxlı gənclər bu dəfə Vətən müharibəsi iştirakçıları ilə görüşüblər


2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına və hərb tariximizə Qələbə, Zəfər ilinin başlanğıc tarixi kimi yazıldı. İllər ötsə belə həmin gün heç vaxt unudulmayacaq. 30 illik həsrətdən sonra bizi Qarabağımıza, işğalda olan torpaqlarımıza qovuşduran 44 günlük Vətən müharibəsi və müharibənin başlandığı 27 sentyabr günü hərb tariximizin şanlı salnaməsi kimi hələ uzun illər öyrəniləcək. Vətəndaş olaraq Qarabağımızı, Şuşamızı, eləcə də işğalda olan digər torpaqlarımızı düşmən tapdağından azad edən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, əsgər və zabitlərimizə minnətdar olmaq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əymək, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymaq, ən əsası da onları tanımaq və tanıtmaq vətəndaş olaraq hər kəsin ən ümdə vəzifəsidir.

Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar. Sağlamlığını Vətən yolunda itirən qazilərimizə daim baş çəkir, onların keçdikləri döyüş yolunu gələcək nəsillərə örnək göstərirlər.   

Öz ənənəsinə sadiq qalan gənclər bu dəfə oktyabrın 19-da 44 günlük Vətən müharibəsi iştirakçıları Kosalar kənd sakinləri, "Füzulinin azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş qazi Nəbizadə Ceyhun Fazil oğlu, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş Süleymanov İlham Habil oğlu ilə görüşüblər.

 

Görüşlər zamanı Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın iradəsi və rəşadətli ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın düşməndən azad edildiyini söyləyib.Vüqar Nəbiyev bildirib ki, artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Ali Baş Komandan İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısından söz açaraq bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu diqqətə çatdırıb. Gələcək nəsillərə şəhidlərimizi, qazilərimizi tanıtmağın ən ümdə iş olduğunu vurğulayıb.

Sonra qazi Ceyhun Nəbizadənin məşqçisi "Əməkdar məşqçi” Tariyel Nəsibov, Vətən müharibəsi iştirakçısı İlham Süleymanovun məşqçisi "Əməkdar məşqçi” Natiq Hüseynov və İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin tədris hissə müdiri Bərgah Nəsibov çıxış edərək şanlı ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərləmizin qəhrəmanlıqlarından fəxrlə söhbət açıb, 30 illik həsrətə son qoyulduğunu qeyd ediblər.

Sonda döyüş yollarından söz açan qəhrəmanlarımız gənclərimizi maraqlandıran sualları cavablandırıb, müharibə iştirakçıları, şəhid ailələrinə göstərilən qayğı və xüsusi dəstəyə görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü ziyarəti dövlətin növbəti qayğısı kimi qiymətləndiriblər.







 

GOYEZEN.AZ



Facebook-da paylaş