Səyyar Gənclər Xidməti bu dəfə Ürkməzli kəndinin gəncləri ilə görüşüb
Səyyar
Gənclər Xidməti vasitəsilə Qazax rayonunun Ürkməzli kəndinin gəncləri ilə
əyləncəli, öyrədici, möhtəşəm bir gün keçirilib. Gəncliyin bizə verdiyi imkanlardan maksimum istifadə edilib. Pozitiv, istedadlı və aktiv gənclərimiz üçün şəxsi inkişafla bağlı
sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər
mövzularda açıq hava şəraitində təlimlər keçirilib. Həmçinin, əyləncə proqramları, müxtəlif intellektual və idman yarışları
keçirilib. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş