Əsas Səhifə > Gənclər > Səyyar Gənclər Xidməti bu dəfə Ürkməzli kəndinin gəncləri ilə görüşüb

Səyyar Gənclər Xidməti bu dəfə Ürkməzli kəndinin gəncləri ilə görüşüb


8-10-2021, 18:12


Səyyar Gənclər Xidməti vasitəsilə Qazax rayonunun Ürkməzli kəndinin gəncləri ilə əyləncəli, öyrədici, möhtəşəm bir gün keçirilib. Gəncliyin bizə verdiyi imkanlardan maksimum istifadə edilib. 

Pozitiv, istedadlı və aktiv gənclərimiz üçün şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.

Həmçinin, əyləncə proqramları, müxtəlif intellektual və idman yarışları keçirilib. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.











 

GOYEZEN.AZ


Geri qayıt