• Təqvim

  • Unutma

  • Maraq



Səyyar Gənclər Xidməti vasitəsilə Qazax rayonunun İkinci Şıxlı kəndinin gəncləri ilə görüş keçirilib


Sentyabrın 26-da Səyyar Gənclər Xidməti vasitəsilə imkanlar Qazax rayonunun İkinci Şıxlı kəndinin gənclərinə doğru gəlib. 

Fəaliyyət Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Əvvəlcə gənclərlə birgə şanlı Qələbəmizin səbəbkarları - şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova rəsmi qonaq qismində çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan müavin həmin qələbədə Qazaxın igid oğullarının da payının olduğunu, belə igidlərimizi yad etməyin, şəhidlərimizin göstərdikləri igidliyi, qəhrəmanlığı bugünkü və gələcək nəsillərə nümunə göstərməyin hər birimizin vətəndaşlıq borcu olduğunu qeyd edib. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin daim qəlblərdə yaşayacağını qeyd edən müavin şəhidlərimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.

Daha sonra Vətən müharibəsinin iştirakçısı, qazi Nurlan Mansurovla vətənpərvərlik mövzusunda görüş təşkil edilib. Qazimiz gənclərə müharibə zamanı öz döyüş yolundan bəhs edib. 

Müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda davam edən xidmət çərçivəsində həmçinin, gənclər arasında vətənpərvərlik haqqında intellektual yarış da keçirilib.







 

GOYEZEN.AZ



Facebook-da paylaş