"Qələbənin memarları" başlığı altında onlayn görüş keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ZəfərimİZ" layihəsi
çərçivəsində millət vəkili Sahib Alıyevlə gənclərin "Qələbənin
memarları" başlığı altında onlayn görüş keçirilib.
Görüşdə Vətən müharibəsində
qələbənin memarlarının Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusu
olduğu bir daha vurğulanıb. Millət
vəkili Sahib Alıyev çıxışında qeyd edib ki, şanlı ordumuz 44 günlük zəfər
yürüşündə öz gücünü nəinki mənfur düşmənə, həmçinin onun havadarlarına
göstərib. Bu müharibə "Xalq - Ordu - Dövlət" birliyinin sarsılmaz
bağlarla əhatə olunduğu sübut edib.
Tədbirin
sonunda millət vəkili gəncləri maraqlandıran sualları cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş