Əsas Səhifə > Gənclər > "Qələbənin memarları" başlığı altında onlayn görüş keçirilib
"Qələbənin memarları" başlığı altında onlayn görüş keçirilib27-09-2021, 21:21 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "ZəfərimİZ" layihəsi çərçivəsində millət vəkili Sahib Alıyevlə gənclərin "Qələbənin memarları" başlığı altında onlayn görüş keçirilib. Görüşdə Vətən müharibəsində qələbənin memarlarının Ali Baş Komandan İlham Əliyev və Müzəffər Azərbaycan Ordusu olduğu bir daha vurğulanıb. Millət vəkili Sahib Alıyev çıxışında qeyd edib ki, şanlı ordumuz 44 günlük zəfər yürüşündə öz gücünü nəinki mənfur düşmənə, həmçinin onun havadarlarına göstərib. Bu müharibə "Xalq - Ordu - Dövlət" birliyinin sarsılmaz bağlarla əhatə olunduğu sübut edib. Tədbirin sonunda millət vəkili gəncləri maraqlandıran sualları cavablandırıb.
GOYEZEN.AZ Geri qayıt |